Banklararası Kart Mərkəzi beynəlxalq standartlara tam cavab verir - AMB
Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərdən biri olan Milli Ödəniş Sistemi infrastrukturunun təhlükəsizliyi və dayanıqlılığının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
AMB-dən Valyuta.az-a bildirilib ki, audit yoxlamaları nəticəsində Banklararası Kart Mərkəzi infrastrukturunun ən son PCI-DSS v3.2.1 standartlarının şərtlərinə tam cavab verdiyi bir daha təsdiq edilib.
BKM vasitəsilə ötürülən kart məlumatlarının təhlükəsizliyi və biznes proseslərin davamlılığının ən yüksək səviyyədə təmin olunması məqsədilə sistemin beynəlxalq PCI DSS – “Payment Card Industry Data Security Standards” (Ödəniş kartı sahəsində məlumatların təhlükəsizliyi standartları) tələblərinə uyğunluğu üzrə illik əsasda təşkil olunan növbəti audit həyata keçirilib.
Ölkə qanunvericiliyi ilə yanaşı beynəlxalq təcrübədə də ödəniş kartları üzrə məlumatlar həssas informasiya hesab edildiyindən onların emalı, saxlanılması və ötürülməsi ilə məşğul olan təşkilatlara yüksək təhlükəsizlik tələbləri müəyyənləşdirilir.
Qeyd edək ki, ötən il ərzində Banklararası Kart Mərkəzi üzərindən 53.2 mln. kart əməliyyatı aparılıb. Əməliyyatların həcmi 2752 milyon manat və ya 14.6 milyon ABŞ dolları (3.1 mln. Avro) təşkil edib. 2019-cu il ilə müqayisədə sistemdə emal olunan əməliyyatların ümumi sayı 2.4 dəfə, həcmi isə manat üzrə 2 dəfə, ABŞ dolları üzrə 42%, avro üzrə 4% artıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay