Bank
19.03.2021 / 16:10
Xarici valyutada verilən kreditlər 7 illik minimuma enib
9522
Azərbaycanda xarici valyutada verilən kreditlərin həcmi yeddiillik minimuma enib
Bu ilin fevralın 1-nə Azərbaycanda xarici valyutada verilən kreditlərin 4,288 mlrd. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayından bəri (4,284 mlrd. manat) ən aşağı göstəricidir.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, xarici valyutada olan kreditlərin həcmi aylıq müqayisədə 0,9%, illik müqayisədə isə 22,1% azalıb. Xarici valyutada olan kreditlərin ümumi portfeldəki payı isə 29,4% təşkil edir.
Qeyd edək ki, fevralın 1-nə xarici valyutada olan kreditlərin cəmi 5,9%-i ödəmə müddəti keçmiş kreditlər kateqoriyasındadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay