Bank
22.03.2021 / 10:45
Azərbaycanda kredit ödənişləri nə qədər olub? - RƏSMİ
9303
2021-ci il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14587,2 milyon manat təşkil edib.
Mərkəzi Bankdan Valyuta.az-a verilən xəbərə görə, ümumi kredit portfelinin 12021,6 milyon manatı və ya 82,4 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 900,4 milyon manat olub və ümumi kredit portfelinin 6,2 faizini təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay