“Expressbank”ın səhmdarlarının payları dəyişir
15 aprel 2021-ci il tarixində “Expressbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Gündəliyə aşağıdakı məsələlər daxil edilmişdir:
- Bankın səhmdarlarının Nizamnamə kapitalındakı iştirak paylarının dəyişməsi;
- Bankın 2020-ci il üzrə xalis mənfəətinin bölüşdürülməsi;
- 2020-ci il üzrə bankdaxili maliyyə hesabatlılığına baxılması və digər cari və təşkilati məsələlər.
Yığıcaq Bankın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 (Dəmirçi Tauer Biznes Mərkəzinin 8-ci mərtəbəsi, otaq 8 A) ünvanında yerləşən inzibati ofisində keçiriləcəkdir.
Hazırda 112 milyon 545 min manat nizamnamə kapitalına malik olan “Expressbank” ASC-nin səhmdarları:
Xammədov Hikmət Hacəmməd oğlu - 15.9978%
Seyidov Hafiz Mirzağa oğlu - 7.9982%
Enerqoservis MMC - 17.6885%
Azenco Group MMC - 40.0003%
Dövlət Avtomobil Nəqliyyatİ Xidməti - 0.3111%
Geri satın alınmış səhmlər - 18.0041%
//marja
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay