Banklar tərəfindən hazırlanan istiqarazların ümumi məbləği AÇIQLANDI
2020-ci il ərzində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcmi 37% artaraq 583 mln. manat təşkil edib.
Mərkəzi Bankdan Valyuta.az-a verilən məlumata görə, korporativ qiymətli kağızlar bazarının digər seqmenti olan korporativ istiqrazlar bazarında əməliyyatların həcmi 2 773 mln. manat olub.
Hesabat dövründə “AzerGold” QSC-nin 20 mln. ABŞ dolları, “Kapital Bank” ASC-nin 35 mln. ABŞ dolları məbləğində istiqrazları, “BTB Bank” ASC-nin 2 mln. manat, “Embafinans” QSC-nin 1.5 mln. manat, “Ferrum Kapital” MMC-nin 2.5 mln. manat, “Hermes Finance” QSC-nin 1.4 mln. manat, İpoteka və Kredit Zəmanət Fondunun 251 mln. manat məbləğində istiqrazları, həmçinin “Yelo Bank” ASC-nin 30 mln. manat və “Kapital Bank” ASC-nin 20 mln. manat məbləğində səhmləri fond birjasında yerləşdirilərək listinqə daxil olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay