Mərkəzi Banka ötən il nə qədər şikayət daxil olub?
2020-ci ildə istehlakçılar və investorlardan ümumilikdə 18 133 müraciət daxil olub.
Valyuta.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, onlardan 15 655 müraciət bank sektoruna, 2 262 müraciət sığorta sektoruna, 216 müraciət isə kapital bazarları sektoruna aid olub.
Dövr ərzində istehlakçılardan və investorlardan daxil olmuş şikayətlərin araşdırılması nəticəsində nəzarət subyektlərinə ümumilikdə 372 icrası məcburi göstəriş verilib. Bunlardan 186 göstəriş bank sektoru üzrə, 117 göstəriş sığorta sektoru üzrə və 69 göstəriş kapital bazarları sektoru üzrə verilib.
Görülən tədbirlərin nəticəsi olaraq “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmana uyğun hesablanmış kompensasiya məbləğlərinin bir hissəsi - 92,8 min manat məbləğində vəsaitin 59 vətəndaşa geri qaytarılması, 19 vətəndaşın müraciəti üzrə daşınmaz və daşınar əmlakların girovdan azad edilməsi barədə müvafiq tədbirlər görülüb və Mərkəzi Banka müraciət etmiş 392 vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunub.
Eyni zamanda, 35 vətəndaşın müraciəti üzrə Mərkəzləşdirilmiş Kredit Reyestrinə səhv təqdim edilmiş məlumatlarda dəyişiklik edilməsi üçün zəruri tədbirlər görülüb. Bununla yanaşı, 2020-ci il üzrə ümumilikdə 1 milyon manat məbləğində sığorta ödənişinin zərərçəkmiş şəxslərə ödənilməsinə nail olunub.
Kapital bazarları sektoru üzrə isə 43 inzibati xəta haqqında protokol tərtib edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay