Daha əmanətlər tam sığortalanmayacaq! - YENİ QƏRAR
Mərkəzi Bank əmanətlərin sığortalanması üçün yeni modelə keçilməsinə qərar verib.
Valyuta.az xəbər verir ki, qurum bu barədə illik hesabatında açıqlama verib.
Bildirilib ki, əmanətlərin tam sığortalanması müddətinin başa çatması ilə əlaqədar həmin sxeminin davam etdirilməməsinin bank sektoruna təsiri qiymətləndirilib. Sığorta limitlərinin tətbiq edilməsinin müxtəlif modelləri üzrə simulyasiyalar aparılıb.
“Keçid dövrü müəyyən edilməklə əmanətlərin tam sığortalanması sxemindən çıxılması və yeni modelə keçilməsi barədə qərarlar qəbul edilib. Yeni model çərçivəsində kompensasiya məbləğinə limitin tətbiq edilməsi, habelə sığortalanan əmanətçilərin əhatə dairəsinin genişləndirilməsi də nəzərdə tutulub”.
Mərkəzi Bankın məlumatına görə, bu dəyişikliklərin tətbiqi nəticəsində say etibarilə cəmi əmanətçilərin 99,9%-nin əmanətlərinin tam qorunması təmin edilib. Eyni zamanda, sığortalanan əmanətçilərin əhatə dairəsinin genişləndirilməsi kiçik sahibkarlığın inkişafı siyasətinin dəstəklənməsinə və bank sisteminə etimadın artırılmasına, habelə maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunmasının daha da gücləndirilməsinə yönəldilib.
Zeynəb Vəkil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay