Təmassız ödənişlərin dəyəri 5 dəfədən çox artıb
2020-ci ildə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) üzərindən 53,2 milyon kart əməliyyatı aparılıb, milli valyutada əməliyyatların dəyəri 2,8 milyard manat, xarici valyutada isə 14,6 milyon ABŞ dolları və 3,1 milyon avro təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, 2019-cu illə müqayisədə sistemdə emal olunan əməliyyatların ümumi sayı 2,4 dəfə, dəyəri isə manat üzrə 2 dəfə, ABŞ dolları üzrə 42%, avro üzrə 4% artıb.
Bu il yanvarın 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 9,6 milyon ədəd, bankomatların sayı 2 779 ədəd, POS-terminalların sayı isə 57 344 ədəd təşkil edib. Ötən il ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi dəyəri əvvəlki ilə nisbətən 26% artaraq 28,1 milyard manata çatıb. Ödəniş kartları ilə ölkə daxilində aparılmış nağdsız hesablaşmaların dəyəri isə 34% artaraq 6,4 milyard manat olub. 2020-ci ildə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 2019-cu il ilə müqayisədə 55% artaraq 68,7 milyon ədəd, dəyəri isə 22% artaraq 3,9 milyard manat olub.
Hesabat dövründə təmassız ödəniş infrastrukturu üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunub. Dövriyyədə olan təmassız ödəniş kartlarının sayı 2019-cu il ilə müqayisədə 2,5 dəfə artaraq 3,7 milyon ədəd, təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə 13% artaraq 34,2 min ədəd olub. Təmassız ödənişlərin sayı və dəyəri isə 2019-cu ilin göstəricilərini müvafiq olaraq 4,3 və 5,4 dəfə üstələyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay