Bank
11.03.2021 / 10:53
Azərbaycanda nağd pul tədavülü tarixi maksimuma çatıb - CƏDVƏL
8878
2021-ci ilin yanvarın 1-nə Azərbaycanda ümumi nağd pul tədavülü 11,828 mlrd. manat təşkil edib ki, bu da statistikanın aparıldığı ildən bəri (2006-cı il) ən yüksək göstəricidir.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, tədavüldə olan nağd pulların 11,745 mlrd. manatı kağız, 83,3 mln. manatı isə metal pul nişanlarından ibarətdir. AMB-nin statistikasına görə, yanvarın 1-nə ölkədə dövriyyədə 267,1 mln. ədəd kağız əsginas, 514,2 mln. ədəd qəpik pullar olub.
Kağız pul nişanlarının məbləğlə nominal strukturu:
Metal pul nişanlarının məbləğlə nominal strukturu:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay