Bank
09.03.2021 / 13:07
Bugünkü valyuta hərracında bankların tələbi daha da azaldı
8732
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Valyuta.Az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 41,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (4 mart 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 5% və ya 2,2 mln. dollar azalıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay