Bank
09.03.2021 / 19:21
Azərbaycanda nə qədər ödəniş kartı istifadə olunur?
8729
Azərbaycanda dövriyyəyə buraxılan ödəniş kartlarının sayında 22% artım baş verib.
Valyuta.Az xəbər verir ki, cari ilin yanvar ayına qədər ölkədə 9 mln. 413 min ədəd ödəniş kartı dövriyyəyə buraxılıb. Bunun 3 mln. 414 min ədədi sosial kart, 2 mln. 525 ədədi əmək haqqı kartları, 2 mln. 368 ədədi isə digər kartlar təşkil edir.
Vətəndaşların istifadəsində olan kredit kartlarının sayı isə 1 mln. 105 min ədəd təşkil edir.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə dövriyyəyə buraxılan ödəniş kartlarının ümumi sayı 7 mln. 713 min ədəd olub ki, bu da cari illə müqayisədə 1 mln. 700 min ədəd, və ya 22% azdır.
Rövşən Ziya
Valyuta.Az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay