Azərbaycanın bank sektoru əhəmiyyətli kapital və likvidlik buferlərinə malikdir - BVF
"Azərbaycanın bank sektoru əhəmiyyətli kapital və likvidlik buferlərinə malikdir və problemli kreditlərin həcmi azalır".
Bunu "APA-Economics"ə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa deyib.
Onun sözlərinə görə, COVID-19 pandemiyası və onunla əlaqəli iqtisadi pozuntuların gələcəkdə bank kreditlərinin keyfiyyətinə necə təsir göstərəcəyi hələ qeyri-müəyyəndir: "Kreditlərin bir çoxu pandemiya dövründə restrukturizasiya olunub və onların gələcək illərdəki performansı qeyri-müəyyəndir".
Qeyd edək ki, 2021-ci ilin yanvarın 31-nə Azərbaycanda ödəmə müddəti keçmiş kreditlərin həcmi 900,4 mln. manat təşkil edib. Bu göstərici son bir ayda 0,8% artıb, illik müqayisə isə 31,1% azalıb və cəmi kreditlərdə payı 6,2% təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay