Avronun manata qarşı məzənnəsi üçaylıq minimumu yeniləyib
Martın 9-da avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0158 manata enib. Bu göstərici son 3,5 ay ərzində qeydə alınan ən aşağı göstəricidir.
"APA-Economics"in apardığı hesablamalara görə, sonuncu dəfə avronun manata qarşı məzənnəsinin bundan aşağı səviyyəsi 2020-ci ilin noyabrın 24-də qeydə alınıb – 2,0137 manat. Hazırda avronun zəifləməsi fonunda ABŞ dolları da altı əsas valyutanın daxil olduğu səbətə nisbətdə 3,5 aylıq maksimuma yüksəlib.
Qeyd edək ki, bunun əsas səbəbi kimi, investorların ABŞ-ın uzunmüddətli xəzinə istiqrazlarının ("US treasury bond") gəlirliyinin artmasının dollara tələbatın yüksəlməyinə aparacağı üzrə gözləntiləri göstərilir. Bundan əlavə, ABŞ Prezidenti Co Baydenin 1,9 trln. dollarlıq bərpa paketi dolların güclənməsinə təkan verir.
Xatırladaq ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimuma yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 3,82% dəyər itirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay