Bank
05.03.2021 / 11:01
“PASHA Holding”də YENİ TƏYİNAT
8541
“PASHA Holding”in ölkə üzrə ən böyük aqrar şirkəti olan “Agro Food Investment” MMC-nin yeni baş inzibatçısı təyin edilib.
Valyuta.Az banker.az-a istinadən xəbər verir ki, Zaur Məmmədov aqrar şirkətin Baş maliyyə inzibatçısı təyin edilib. O, bu vəzifənin icrasına mart ayından başlayıb.
Bundan öncə isə holdinqə yaxın olan “PMD Project” MMC-də müvafiq vəzifəyə təyin olunmuşdur, həmçinin şirkətin İdarə Heyətinin də üzvi idi.
Xatırladaq ki, “Agro Food Investments” MMC – 2018-ci ilin avqust ayında təsis edilib, 170.17 milyon manat nizamnamə kapitalına sahibdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay