Balans kapitalı 400 milyon manatdan çox olan 4 BANK
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə balans kapitalı 400 milyon manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 milyard 326 milyon 602 min manat), “Kapital Bank” (634 milyon 195 min manat), “PAŞA Bank” (541 milyon 145 min manat) və “Xalq Bank”dır (436 milyon 788 min manat).
Qalan 22 bankdan 3-də balans kapitalı 100-200 milyon manat arasında, 18 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.
7 bankın balans kapitalı azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.
Bunlar “Muğan Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, Pakistan Milli Bankının Bakı filialı, “Rabitəbank”, “AFB Bank”, “Yelo Bank” və “Bank BTB”dir.
Ən çox azalma “Bank BTB”də (15,6%), ən az azalma isə “Muğan Bank”da (0,2%), qeydə alınıb.
Qalan 19 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Kapital Bank”da (49,2%), ən aşağı dinamika isə “Azər-Türk Bank”da (0,6%) qeydə alınıb.
//Renkinq.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay