Bank
26.02.2021 / 14:29
Son bir ildə Azərbaycanda yüzlərlə bank əməkdaşı işini itirib
8189
Son bir il ərzində Azərbaycanın bank sektorunda işləyənlərin sayı 3,9% və ya 752 nəfər azalıb.
Valyuta.Az Mərkəzi Bankın məlumatlarına əsasən bildirir ki, bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanın bank sektorunda 18 min 708 nəfər çalışıb.
Qeyd edək ki, 2020-ci ilin əvvəlində bank sektorunda işləyən işçlərin sayı 19 min 460 nəfər olub.
Onu da bildirək ki, son bir ildə Azərbaycanda fəaliyyət göstərən 4 bankın (“AGBank”, “NBCBank”, “Atabank” və “Amrah Bank”) lisenziyası ləğv olunub.
Nəticədə bankların sayı 30-dan 26-ya, bank filialllarının sayı 509-dam 455-ə, bank şöbələrinin sayı isə 133-dən 109-a düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay