Xarici dövlət bankları Azərbaycanda necə işləyir?
Azərbaycanda fəaliyyət göstərən xarici dövlət bankları 2020-ci ilin sonuna olan hesabatlarını açıqlayıblar.
Valyuta.Az xəbər verir ki, “Pakistan Milli Bankı”nın Azərbaycan filialı 2020-ci ilin sonunda 12 milyon 455 min manat cəmi aktivlərə sahib olub. Bu isə 2019-cu ilin sonu ilə müqayisədə 2 milyon 288 min manat çoxdur. Bundan başqa bankın cəmi öhdəliklərində də artım olub. Belə ki, adıçəkilən bankın cəmi öhdəlikləri 2 milyon 503 min manat artaraq 2 milyon 923 min manata çatıb.
“Pakistan Milli Bankı”nın Azərbaycan filialı 1 il ərzində depozit portfelini 2 milyon 492 min manat artıraraq 2 milyon 912 min manata yüksəldib. Müştərilərinə 631 min manatlıq xalis kredit verən bankın məcmu kapitalı 2020-ci ilin sonunda 9 milyon 460 min manat təşkil edib.
“Milli İran Bankı”nın Azırbaycan filialı isə 93 milyon 699 min manat cəmi aktivlərə, 56 milyon 320 min manat isə cəmi öhdəliklərə sahib olub.
Bankın cəmi kapitalı 2020-ci ilin sonunda 37 milyon 378 min manat olub.
Faiz gəliri 2 milyon 758 min manat, faiz xərcləri isə 252 min manat olan bankın xalis faiz gəliri 2 milyon 505 min manata çatıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay