Bank
26.02.2021 / 09:03
Azərbaycan əhalisi yanvarda nağd avro alışını kəskin azaldıb
8155
2021-ci ilin yanvar ayında Azərbaycandakı kommersiya bankları tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 10,554 mln. avro təşkil edib ki, bu da 2020-ci ilin dekabr ayı ilə müqayisədə 31,7% azdır.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci ilin yanvar ayı ilə müqayisədə 2,9 dəfə azalıb.
Bundan başqa, ötən ay ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 3,963 mln. avroya bərabər olub ki, bu da aylıq müqayisədə 41,7%, illik isə 2,9 dəfə azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay