BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8135

Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən ölkə iqtisadiyyatına 14 milyard 587,4 milyon manat kredit ayrılıb.

Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə əsasən, bu ilin fevral ayının əvvəlinə məlumata görə, ən çox kredit qoyuluşu hər zaman olduğu kimi ev təsərrüfatlarına (istehlak kreditləri) olub. 

Ev təsərrüfatlarına verilən kreditlər ümumi kreditlərin 46,5%-nə bərabər olub. Yanvar ayı ərzində bu növ kreditlər üzrə artım baş verib. İlin əvvəlindən ötən 1 ay ərzində istehlak kreditlərtinin həcmi 72,4 milyon manat artaraq 6 milyard 781,7 milyon manata olub.

Bundan başqa ümumi kreditlərin 2 milyard 607,3 milyon manatı ticarət və xidmət sektoruna ayrılıb. Bu sektorun ümumi kredit portfelindəki payı dəyişməz qalıb – 17,9%. 
İnşaat və əmlak sektoruna isə 527,1 milyon manat kredit yönəldilib. Bu sahəyə qoyulan kreditlərin də həcmi ilini əvvəlindən 7,2 milyon manat artıb və ümumi kredit portfelindəki payı 3,9% olub. 

Nəqliyyat və rabitə sektorunun maliyyələşdirilməsinə 832,2 milyon manat kredit ayrılıb ki, bu da ilin əvvəlindən ötən 1 ay ərzində 16,3 milyon manat azalma deməkdir. Nəqliyyat və rabitə sektoruna  yönəldilən kreditlərin ümumi kredit portfelindəki payı ilin əvvəlindəki 5,8%-dən 5,7% səviyyəsinə enib.
Sənaye və istehsal sektoruna isə banklardan 981,6 milyon manat vəsait cəlb edib. Bu, ilin əvvəli ilə müqayisədə 268,5 milyon manat azdır. Sektorun ümumi kreditləşmədə payı isə 8,6%-dən 6,7%-ə enib.

Kənd təsərrüfatı və emal sektoru isə kredit təşkilatlarından 573 milyon manat borc ala bilib. Bu sahəyə verilən kreditlərin məbləği cüzi miqdarda - 6,8 milyon manat artıb, ümumi kredit portfelindəki payı dəyişməz qalıb – 3,9%. 

Energetika, kimya və təbii ehtiyatlar sektoruna isə 771 milyon manat ayrılıb. Bu isə ilin əvvəli ilə müqayisədə 246,5 milyon manat çoxdur. Bu sahəyə verilən kreditlərin ümumi kredit portfelindəki payı isə ilin əvvəlindəki 3,6%-dən 5,3%-ə yüksəlib.

Kredit təşkilatları ipoteka kreditləşməsi də daxil olmaqla daşınmaz əmlakın tikintisi və alınmasına isə 2 milyard 119,7 milyon manat borc verib. Bu, son 1 ay ərzində 26,3 milyon manat artım deməkdir. Sektorun ümumi kreditləşmədə payı isə artıb - 14,4%-dən 14,5%-ə yüksəlib. //Yeniavaz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin