Azərbaycanda nağdsız ödənişlərin həcmi azaldı
2021-ci ilin əvvəlində Azərbaycanda qeyri-nağd ödənişlərin həcmi ötən ilin sonu ilə müqayisədə azalıb.
Valyuta.Az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, yanvar ayında nağdsız ödəmələrin ümumi məbləği 585 milyon manat təşkil edib. Bu, 2020-ci ilin dekabrı ilə müqayisədə 121 milyon manat azdır. Ötən ilin son ayında nağdsız ödənişləri həcmi 706 milyon manat olub.
Yanvarda müşahidə olunan azalma daha çox elektron ticarətin hesabına baş verib. Ötən ilin sonu ilə müqayisədə bu ilin ilk ayında elektron ticarətin həcmi 70 milyon manat azalıb. Əgər yanvarda bu göstərici 329 milyon manat olubsa, 2020-ci ilin dekabrında onun həcmi 399 milyon manat təşkil edib.
POS-terminallarla ödənişlərd idə 47 milyon manatlıq azalma qeydə alınıb. Ötən ilin dekabrında POS-terminallarla ödənişlərin həcmi 268 milyon manat olduğu halda, 2021-ci ilin ilk ayında bu rəqəm 221 milyon manata enib. Yanvarda nağdsız ödənişlərin 35 milyon manatı bankomatlarla ödənişlərin payına düşüb. Ötən ilin dekabarında bu göstərici 39 milyon manat olub.
Xatırladaq ki, 2020-ci ilin dekabrda ölkə üzrə nağdsız ödənişlərin ümumi həcmi 413 milyon manat təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay