Debet və kredit kartları ilə ödənişlər azalıb
Bu ilin əvvəlində Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının ümumi sayı artıb.
Valyuta.Az Mərkəzi Bankın hesabatına əsasən xəbər verir ki, 2021-ci il fevralın 1-nə istifadə olunan kartların sayı 9 milyon 413 min ədədə çatıb. Ötən ilin dekabrında bu göstərici 9 milyon 230 min ədəd olub. Hesabata əsasən, həm əməkhaqqı kartları, həm də sosial və kredit kartlarının sayında artım müşahidə edilib.
Ödəniş vasitələrinin sayının artmasına baxmayaraq yanvarda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi ötən ilin sonuna nisbətən 921 milyon manat azalıb. Əgər 2021-ci ilin ilk ayında kartlarla aparılan əməliyyatların ümumi məbləği 2 milyard 237 milyon manat olubsa, ötən ilin debabrında bu rəqəm 3 milyard 158 nilyon manat təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 28 milyard 951 milyon manat olub. Bu əməliyyatların ən yüksək həcmi elə dekabrda qeydə alınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay