Fiziki şəxslərin bank hesabları artıb
Mərkəzi Bankın statistikasına əsasən, bankların müştərilərinin sayı və bank hesabları çoxalıb. Artım daha çox fərdi sahibkarların hesabına baş verib.
Valyuta.az xəbər verir ki, 2021-ci il fevralın 1-dək bank müştərilərinin sayı 9 milyon 131 min 891 ədədə çatıb. Bu, ötən ilin sonu ilə müqayisədə 58 min çoxdur. 2020-ci ildə bank müştərilərinin sayı 9 milyon 073 min 826 olub.
Yanvarda mövcud olan bank müştərilərin 9 milyon 017 min 582-si fiziki şəxslər olub. Onların 396 min 841 nəfərini sahibkarlarlıqla məşğul olan şəxslər təşkil edib. Ötən ilin sonunda onların sayı 388 min 975 olub. Bank müştərisi olan hüquqi şəxslərin sayı isə 208 ədəd artaraq bu ilin yanvarında 114 min 309-a çatıb.
Banklardakı müştəri hesablarının sayı 2020-cilin sonu ilə müqayisədə təxminən 15 min ədəd artaraq artaraq bu ilin yanvarında 21 milyon 194 min 615 ədədə çatıb. Artım depozit hesabları və sahibkarlıqla məşğul olan fiziki şəxslərin hesabına baş verib. Əgər ötən ilin dekabrında depozit hesablarının sayı 216 min 886 ədəd olubsa, 2021-ci ilin ilk ayında bu rəqəm 220 min 515 ədədə çatıb. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı isə 10 min 264 nəfər artaraq 479 min 508-ə çatıb. 2020-ci ilin sonunda bu göstərici 469 min 244 olub.
Bu ilin yanvarında banklarda açılan kredit hesablarının sayı isə təxminən 124 min ədəd azalaraq 2 milyon 598 min 869 ədədə düşüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay