Bank
24.02.2021 / 13:02
Fiziki şəxslərin əmanətləri artıb
8083
Mərkəzi Bankın açıqladığı statistik məlumatların analizi onu deməyə əsas verir ki, əhalinin banklara etimadı artmağa başlayıb. Bu, daha çox maliyyə qurumlarına edtibar edilən əmanətlərin həcmində özünü görtərib.
Valyuta.az xəbər verir ki, 2021-ci il fevralın 1-nə fiziki şəxslərin banklarda olan əmanətlərinin həcmi ötən ilin son aylarına nisbətən artaraq 8 202.9 milyon manata çatıb.
2020-ci ilin dekabrında bu göstərici 8 177.9 milyon manat, noyabrında 7 908.2 milyon manat, oktyabrında isə 7 870.3 milyon manat təşkil edib. Ötən ilin yanvarında isə əmanətlərin həcmi 2021-ci ilin yanvar ayı ilə müqayisədə 385,6 milyon manat çox - 8 588.5 milyon manat olub.
2020-ci ilin mart və aprel aylarında 4 bankın bağlanmasından sonra bu göstərici mayda 7 661.3 milyon manata enib. Bu ilin ilk ayında isə əmanətlərin həcmi artıq ötən ilin mart ayındakı məbləğə çatıb. Xatırladaq ki, martda bu göstərici 8 251.7 milyon manat olub.
Yanvarda manatla qoyulan əmanətlər xarici valyutada olan əmanələrini üstələyib. Fiziki şəxslərin milli valyutada olan əmənətlərinin həcmi 3 122.2 milyon manat təşkil edib. Xarici valyutada olanlar isə 3 019.7 milyon manat həcmində olub.
Bu ilin ilk ayında banklara etibar edilən əmanətlərin böyük hissəsini qısamüddətli vəsaitlər təşkil edib. Əmanətlərin 6 141.9 milyon manatı məhz bu kateqoriyaya aid olub. 2 061 milyon manatı isə uzunmüddətli əmanətlərin payına düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay