Bank
24.02.2021 / 10:24
Bankların iqtisadiyyata tələbi azalıb
8074
Azərbaycanda fəaliyyət göstərən bankların iqtisadiyyata tələbi ötən illə müqayisədə azalıb.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin yanvarında bu tələb 14 877.4 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 296,8 milyon manat və ya 2 % azdır. 2020-ci ilin yanvarında bankların iqtisadiyyata tələbi 15 174.2 milyon manat olub.
Qeyd edək ki, həmin göstəricilər hesablanmış faizlər və banklararası kreditlər daxil olmaqla hesablanıb. Kommersiya banklarının analitik balansına əsasən, yaradılan ehtiyatlar buraya daxil deyil.
Ötən il bəzi aylarda həmin göstərici artsa da ilin sonunda yenidən azalıb.
Dekabrda bankların iqtisadiyyata tələbi 14 933.9 milyon manat təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay