Hüquqi şəxslərin depozitləri azalıb
2021-ci lin yanvar ayında hüquqi şəxslərin banklarda olan depozitlərinin ümumi həcmi 12,208.9 milyon manat təşkil edib.
Valyuta.Az Mərkəzi Bankın hesabatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 026.6 milyon manat azdır. 2020-ci ilin yanvarında hüquqi şəxslərin banklarda 13,235.5 milyon manat depoziti olub.
Qeyd edək ki, bu göstiricilərə mərkəzi idarəetmə və bələdiyyə idarəetmə orqanlarının depozitləri daxil deyil. Rəqəmlər ancaq hüquqi şəxslərin fərdi hesablarında olan məbləğləri göstərir.
Yanvarda hüquqi şəxslərin banklarda olan tələbli depozitlərinin ümumi həcmi 10,086.2 milyon manat təşkil edib. Qalan 2,122.7 milyon manat isə müddətli depozitlərin payına düşüb. İlk aydakı azalma daha çox tələbli depozitlərin hesabına baş verib.
2020-ci ilin yanvarında hüquqi şəxslərin banklardakı tələbli depozitləri 10,974.9 milyon manat olub. Onun tərkibində sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri də yer alıb. Həmin depozitlər 2020-ci ilin yanvarındakı 163,5 milyon manatdan bu ilik ilk ayında 123,3 milyon manata enib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay