BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8046

“AFB Bank”ın xalis mənfəəti 2020-ci ilin sonunda 855 min manat və ya 14% azalaraq 5 mln. 388 min manata düşüb.

Valyuta.Az bankın hesabatına istinadən xəbər verir ki, “AFB Bank”ın əsas olan bütün göstəriciləri kəskin şəkildə azalıb. Bankın müştərilərinə verdiyi xalis kreditlər 184 milyon 310 min manat və ya 57,1% azalaraq  137 milyon 966 min manata düşüb. Bu azalma bankın aktivlərinin kəskin şəkildə düşməsinə əsas səbəblərdən biri olub. Belə ki, bankın cəmi aktivləri 2019-cu ilin sonu ilə müqayisədə 293 milyon 280 min manat və ya 51% azalaraq 281 milyon 426 min manata enib.

DEPOZİT PORTFELİ TÜKƏNİR

“AFB Bank”da yerləşdirilən depozitlərin həcmi 1 il ərzində 268 milyon 857 min manat və ya 70,8% azalaraq 110 milyon 568 min manata enib. Nəticədə bankın cəmi öhdəlikləri 1 il ərzində 289 milyon 907 min manat və ya 3 dəfədən çox azalaraq 204 milyon 340 min manata düşüb. Bundan başqa bankın cəmi kapitalı 3 milyon 373 min manat və ya 4,1% azalaraq 77 milyon 86 min manatadək enib.

Bankın faiz gəlirləri 27 milyon 317 min manat, faiz xərcləri 2 milyon 3 min manat olub ki, bu da bankın xalis faiz gəlirini 1 milyon 236 min manat azalaraq 25 milyon 314 min manata enməsinə səbəb olub. “AFB Bank”ın qeyri-faiz gəlirinin 7 milyon 840 min manat, qeyri-faiz xərclərinin isə 18 milyon 470 min manat olması bankın əməliyyat mənfəətinin 2 milyon 301 min manat və ya 13,5% azalmasına səbəb olub. Nəticədə bank 2020-ci ilin sonunda 14 milyon 684 min manatlıq əməliyyat mənfəəti əldə edib.

Bankın məcmu kapitalı 1 il ərzində 3 milyon 346 min manat və ya 4,2% azalaraq 75 milyon 806 min manat olub.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin