Azərbaycan Banklar Assosiasiyasına yeni üzvlər qəbul edilib
Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağı keçirilib.
Bu barədə Valyuta.Az ABA-ya istinadən xəbər verir.
Məlumata görə, yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.
İclasın gündəliyinə ABA-nın 2020-ci il üzrə fəaliyyətinə dair hesabatın (görülmüş işlər, ekspert qrupları və maliyyə hesabatı) dinlənilməsi və təsdiqi, ABA-nın Audit Komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, ABA-nın törəmə qurumlarının 2021-ci il üzrə büdcəsinin və ştat cədvəlinin təsdiqi: ABTM; Banklar və Biznes qəzeti; Biləsuvar bağça-məktəb-lisey kompleksi və cari məsələlər daxil olub.
İclasda ABA-nın 2020-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı ABA-nın İcraçı Direktoru Yunus Abdulov tərəfindən təqdim edilib və təsdiq edilib. ABA-nın Audit Komitəsinin hesabatı dinlənilib və təsdiq edilib.
İclas zamanı ABA-ya üzv olmaq məqsədiylə 1 bank – “Naxçıvanbank” ASC və 2 qeyri-bank – “Azərbaycan Kredit Bürosu” MMC-nin, “MilliKart” MMC-nin müraciətlərinə baxılıb. Müraciətlər iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul edilərək bu təşkilatlar ABA-nın üzvlərinin siyahısına daxil edilib. Beləliklə hazırda ABA-ya üzv təşkilatların sayı artaraq 26 bank və 6 qeyri-bank olub.
İclasın sonunda 2019-cu il və 2020-ci il üzrə ABA-ya üzv bankların, ən fəal Ekspert Qruplarının və Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank ekspertlərinin onlayn formada mükafatlandırılması keçirilib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay