20.02.2021 / 10:13
Ötən il kreditlərin 97,4 faizi banklar tərəfindən verilib
7887
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, yanvarın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 530,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Valyuta.Az--a bildirilib ki, ümumi kredit portfelinin 12 milyard 55,5 milyon manatı və ya 83 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 893,1 milyon manat olub və ümumi kredit portfelinin 6,1 faizini təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay