Bank
19.02.2021 / 13:11
İpoteka və Kredit Zəmanət Fondu siyahıya yeni müvəkkil bank əlavə etdi
7828
Dövlət bankı Azər Türk Bank sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminatın və hesablanmış faizlərə subsidiyanın verilməsi üzrə müvəkkil təşkilatların siyahısına daxil edilməsi üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət edib.
Valyuta.Az xəbər verir ki, bununla əlaqədar, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərin seçilməsi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq Fondun İdarə Heyəti Azər Türk Bankın müvəkkil banklar siyahısına daxil edilməsi ilə bağlı qərar qəbul edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay