BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
7736

“Bank BTB”nin lisenziyasının ləğv olunmasına 3 mln manatdan az məbləğ qalıb. Belə ki, bankın məcmu kapitalı 9 mln. 372 min manat və ya 15% azalaraq 52 mln. 727 min manat olub. Banklar haqqında qanuna görə Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalı 50 mln. manatdan az olmamalıdır.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər lisenziyası ləğv olunan bankların məcmu kapitalı 50 mln. manat öhdəliyinə cavab vermirdi.

Valyuta.Az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Bank BTB”nin cəmi aktivləri 14 mln. 595 min manat artaraq 356 mln. 137 min manata yüksəlib. Buna baxmayaraq bankın müştərilərinə verdiyi xalis kreditlər 1 il ərzində 553 min manat azalaraq 206 mln. 96 min manata enib. Bankın cəmi öhdəlikləri 24 mln. 584 artaraq 302 mln. 156 min manat olub ki, bu da bankda yerləşdirilən müddətli depozitlərin 6 mln. 487 min manat artmasının nəticəsidir.

“Bank BTB”-nin cəmi kapitalı 9 mln. 991 min manat artaraq 53 mln. 980 min manata çatıb.

Bankın faiz gəliri 26 mln. 101 min manat, faiz xərcləri isə 14 mln. 163 min manat olub. Buna görə də bankın xalis faiz gəliri 11 mln. 938 min manat təşkil edib. 

“Bank BTB”nin qeyri-faiz gəliri 5 mln. 37 min manat, qeyri-faiz xərcləri isə 15 mln. 31 min manat olub. Nəticədə bankın əməliyyat mənfəəti 1 mln. 944 min manat olub. Bu isə 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 714 min manat və ya 26% azdır. 

Bank 2020-ci ili 9 mln. 130 min manat zərərlə başa vurub ki, bu da ötən 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16 mln. 653 min manat və ya 2,2 dəfə çoxdur. 

Qeyd edək ki, “Bank BTB”nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19 %-i isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. Mediada Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda AMEA prezidenti olan Ramiz Mehdiyevin gəlini olduğu yazılır və bu məlumat bugünə kimi təkzib olunmayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin