Yeni layihə nağdsız ödənişləri hər il 7 faiz artırmağa imkan verəcək - Mərkəzi Bank
"Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üzrə strateji yol xəritəsi" çərçivəsində Mərkəzi Banka müvafiq dövlət strukturları ilə birgə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə beynəlxalq təcrübəni öyrənmək və Azərbaycanda tətbiq olunmasının perspektivləri ilə bağlı təklifləri irəli sürmək tapşırılıb.
Valyuta.Az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentindən bildiriblər.
Görülən işlər nəticəsində "Nağdsız Azərbaycan" layihəsi hazırlanıb. Bu layihə rəqəmsal ödənişlər mühitinin təkmilləşdirilməsi, bank sektorunun dirçəlişi, rəqəmsal ekosistemin formalaşdırılması və rəqəmsal ödənişlərlə bağlı maarifləndirmə və təbliğatın gücləndirilməsi ilə bağlı 16 prioritet və 60-a yaxın tədbirdən ibarətdir:
"Biz "Nağdsız Azərbaycan" layihəsinin icrası nəticəsində nağdsız ödənişlərin illik həcminin 17 milyard manat artmasını gözləyirik. Bu, nağdsız ödənişlərin payının hər il 7 faiz artırmağa imkan verəcək. Nəticədə iqtisadi tranzaksiyalarda nağd ödənişlərin payı 74 faizdən 40 faizədəək azalacaq".
Departamentdən bildiriblər ki, "Nağdsız Azərbaycan" layihəsinin məqsədi vətəndaşlar, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniiş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin azaldılması və bank sektorunun maliyyə ehtiyatı bazasının gücləndirilməsidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay