Bank
11.02.2021 / 19:58
Azərbaycanda 8 bank ötən il xüsusi ehtiyatlara vəsait ayırmayıb
7486
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-i ötən il xüsusi ehtiyatlara vəsait ayırmayıb.
Valyuta.Az “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, “Access Bank”, “Azərbaycan Sənaye Bankı”, “Premium Bank”, “Muğan Bank”, “Bank of Baku”, “Bank VTB Azərbaycan” və “Kapital Bank”dır.
Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank”da (25,546 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (2 min manat) qeydə alınıb.
Qalan 18 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Ayırmaların ən yüksək həddi “Yelo Bank”da (37,303 milyon manat), ən aşağı həddi isə “Azər-Türk Bank”da (10 min manat) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay