Bank
10.02.2021 / 11:04
Azərbaycanda 4 bank ötən il əməliyyat zərərinə uğrayıb
7375
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-ü ötən il əməliyyat mənfəəti əldə etməyib.
“Renkinq” xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, “Muğan Bank”, “Yelo Bank” və “Bank VTB Azərbaycan”dır.
Başqa sözlə, bu banklar əməliyyat zərərinə uğrayıblar. Zərərin ən yüksək həddi “Bank VTB Azərbaycan”da (7,894 milyon manat), ən aşağı həddi isə Pakistan bankında (214 min manat) qeydə alınıb.
Qalan 22 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank”da (338,288 milyon manat), ən aşağı göstərici isə “Azər-Türk Bank”da (833 min manat) qeydə alınıb. //Renkinq.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay