Bank
09.02.2021 / 11:43
Ötən il sahibkarlara verilən dövlət zəmanətli kreditlərin məbləği açıqlandı
7325
Sahibkarlığın İnkişafı Fondu ötən il 908 layihəyə 126,9 milyon manat güzəştli kredit ayırıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov bildirib.
Onun sözlərinə görə, kredit ayrılmış sahələr aqrar, sənaye məhsullarının istehsalı, xidmət və turizm kimi sahələrdir.
K. Nəcəfov pandemiyadan zərər çəkənlər üçün çox önəmli layihə olan Elektron Kredit Platformasını istifadəyə verildiyini deyib: “Ötən il bu platformada 949 milyon manat həcmdə 3 300-dən çox müraciət qeydə alınıb. 529 müraciət üzrə 169 milyon manat dövlət zəmanətli kredit ayrılıb”. // Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay