"Muğanbank"da yeni təyinat
"Muğanbank" ASC-də yeni təyinat olub.
Valyuta.Az xəbər verir ki, 05.02.2021-ci il tarixdən etibarən Mir-Əvəz Məmmədov Rafiz oğlu Marketinq departamentinin direktoru vəzifəsinə təyin edilib. Mir-Əvəz Məmmədov bundan əvvəl Marketinq departamentinin direktoru vəzifəsinin müvəqqəti icraçısı kimi fəaliyyət göstərirdi.
Qeyd edək ki, Mir-Əvəz Məmmədov "Muğanbank" ASC-də 2013-cü ildən işləyir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 29 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.
"Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. (Marja)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay