Bankların aktivləri və öhdəlikləri son beş ildə 20 milyard artıb - CƏDVƏL
Ötən ilin 31 dekabr tarixinə olan məlumatlara görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 53 milyard 1.4 milyon manat olub.
Valyuta.az Mərkəzi Bankın açıqladığı məlumatlara əsasən apardığı hesablamalara görə, bu, əvvəlki illə müqayisədə 7,8% və ya 3 milyard 823,2 milyon manat, son beş illə müqayisədə isə 20 milyard 946,1 milyon manat, yaxud da 65,3% çoxdur.
2023-cü ilin sonunda bankların cəmi aktivlərinin həcmi 49 milyard 178.2 milyon manat, 2020-ci ildə isə 32 milyard 55,3 milyon manat təşkil edib.
Son beş ildə bankların aktivlərinin həcmi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Tarix |
Məbləğ (manat) |
2024 |
53 milyard 1,4 milyon |
2023 |
49 milyard 178.2 milyon |
2022 |
47 milyard 54.9 milyon |
2021 |
38 milyard 462.2 milyon |
2020 |
32 milyard 55,3 milyon |
Ötən ilin sonunda bankların cəmi öhdəlikləri 46 milyard 383 milyon manat olub ki, bu da, illik müqayisədə 3 milyard 268,2 milyon manat (7,5%), 5 il əvvəllə müqayisədə isə 19 milyard 26,9 milyon manat (69,5%) çoxdur.
Son beş ildə bankların öhdəliklərinin həcmi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Tarix |
Məbləğ (manat) |
2024 |
46 milyard 383 milyon |
2023 |
43 milyard 114.8 milyon |
2022 |
41 milyard 432.8 milyon |
2021 |
33 milyard 492.9 milyon |
2020 |
27 milyard 356.1 milyon |
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay