BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
63663

Azərbaycanın ən böyük dövlət bankı ABB-nin rəhbərliyi 2023-cü ildə 18,44 milyon manat gəlir əldə edib. 

Valyuta.az xəbər verir ki, bu, əvvəlki ilə nisbətən 20% və ya 3,02 milyon manat çoxdur. Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 15,42 milyon manat təşkil edib. Bu bankın işçi heyətinə ödənişlərin 9,8%-ni təşkil edib. Belə ki, ABB 2023-cü ildə işçilərə 188,1 milyon manat ödəniş edib. 

Bankın açıqlamasına görə, rəhbərliyə ödəniş Bankın İdarə Heyətinə, İcraçı direktorlarına və departament rəhbərlərinə ödənilən ümumi məbləğdir. ABB-nin İdarə Heyəti sədr Abbas Hüseynovla birlikdə 7 nəfərdən ibarətdir. Baş direktorlarının sayı isə 4-dür. Bankın ümumilikdə isə 26 departamenti fəaliyyət göstərir. Ümumilikdə bu məbləğ 50 nəfərə ödənilib. 

Təxmini hesablamalara görə, 2023-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 341 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm 308 min manat təşkil edib. 
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 1 mlrd. 281,3 mln. manat təşkil edir. Bank 2024-cü ildə ilk dəfə kütləvi səhm buraxılışı (İPO) həyata keçirib və səhmdarlarının sayını 35 minə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin