Bank
13.01.2025 / 16:07
“BTB Bank” şikayətlərə görə yenə liderdir
63050
Azərbaycanda ən çox şikayət olunan bank məlum olub.
Valyuta.az xəbər verir ki, 2024-cü ilin dekabr ayı üzrə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksində “BTB Bank” 2,74 bəndlə lider olub.
Qeyd edək ki, “BTB Bank” bundan əvvəl ötən ilin sentyabr ayında şikayətlər üzrə qırmızı zolağa düşmüşdü. Bank 4,28 bəndlə ən çox şikayət olunan ikinci bank seçilmişdi.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 71.45 mln. manat olmaqla səhmlərin 76.74 faizi Nigar Mehdiyeva İsmayıl qızına, 17.68 faizi Rza Sadiq İsmayıl oğluna, 5.58 faizi isə Tükəzban Mahmudova Ağa qızına məxsusdur.
Pünhan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay