Bank
19.12.2024 / 10:09
"Kapital Bank"ın aktivləri 10 milyard manatı ötüb - 176 milyon dividend ödəyib
61694
Bu ilin yanvar-oktyabr aylarında "Kapital Bank"ın aktivləri 10,1 milyard manat olub.
Valyuta.az xəbər verir ki bunu “Kapital Bank”ın Baş Maliyyə İnzibatçısı Emin Məmmədov Kapital Bankın 2024-cü ilin 11 ayı və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.
O, bildirib ki, bu, ötən ilin sonu ilə müqayisədə 15% çoxdur. Ötən ilin sonunda bu məbləğ 8,8 milyard manat olub.
Bununla yanaşı, E. Məmmədov ötən il bankın səhmdarlarına ödədiyi dividendin həcmini də açıqlayıb. O, qeyd edib ki, ötən ilin nəticələrinə uyğun olaraq bu il ərzində bankın səhmdarlarına 176 milyon manat dividend ödənilib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay