Azərbaycanda kredit bazasını hansı banklar formalaşdırır?
Bu ilin 9 ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən müştərilərə 25 milyard 167 milyon manat xalis kredit verilib.
Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,9% və ya 4 milyard 180 milyon manat çoxdur.
2023-cü ilin 9 ayında müştərilərə 20 milyard 987 milyon manat xalis kredit verilib.
Bu ilin 9 ayında "Azərbaycan Beynəlxalq Bankı" (ABB) müştərilərə 5 milyard 620 milyon manat xalis kredit verib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,1% və ya 1 milyard 491 milyon manat çoxdur.
Bank 2023-cü ilin 9 ayında müştərilərə 4 milyard 129 milyon 840 min manat kredit verib.
Qeyd edək ki, ABB ölkənin ümumi kredit portfelində 22,3%-lik paya sahibdir.
Bu ilin 9 ayında "Kapital Bank" müştərilərə 4 milyard 572 milyon 358 min manat dəyərində xalis kredit verib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31,1% və ya 1 milyard 86 milyon 672 min manat çoxdur.
2023-cü ilin 9 ayında bank müştərilərə 3 milyard 485 milyon 686 min manat xalis kredit verib.
"Kapital Bank"ın ölkənin ümumi kredit portfelində payı 18,1% təşkil edib.
"Paşa Bank" bu ilin 9 ayında müştərilərə 3 milyard 142 milyon 665 min manat həcmində xalis kredit verib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,9% və ya 500 milyon 382 min manat çoxdur.
2023-cü ilin hesabat dövründə bank müştərilərə 2 milyard 642 milyon 283 min manat xalis kredit verib. "Paşa Bank"ın ölkənin ümumi kredit portfelində payı 12,4 % təşkil edib.
Bu ilin hesabat dövründə "Xalq Bank" müştərilərə 1 milyard 886 milyon 534 min manat dəyərində xalis kredit verib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5% və ya 90 milyon 364 min manat çoxdur.
"Xalq Bank" ötən ilin 9 ayında müştərilərə 1 milyard 796 milyon 170 min manat xalis kredit verib. "Xalq Bank"ın ölkənin ümumi kredit portfelində payı 7,1 % təşkil edib.
Bu ilin 9 ayında "Bank Respublika" müştərilərə 1 milyard 345 milyon 245 min manat xalis kredit verib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,1% və ya 261 milyon 650 min manat çoxdur.
2023-cü ilin hesabat dövründə bank müştərilərə 1 milyard 83 milyon 595 min manat xalis kredit verib.
"Bank Respublika"nın ümumi kredit portfelində payı 5,3 % olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay