BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7918
  • RUB
    0.017
  • TRY
    0.0494
  • GBP
    2.1451
59533

İqlim dəyişikliyi ilə mübarizə məqsədi daşıyan, dünya liderləri, alim və mütəxəssisləri bir araya gətirən ən vacib qlobal tədbirlərdən biri, BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı COP29 uğurla davam edir. Ölkənin birinci bankı Kapital Bank konfransda Paşa Holding nümayəndə heyətinin tərkibində iştirak edir. Tədbirin Yaşıl zona hissəsində Kapital Bank-a məxsus stend qurulub. Stenddə bankın rəsmi nümayəndələri iştirakçılarla fikir mübadiləsi aparır, təcrübələrini bölüşür, qonaqların suallarını cavablandırırlar. 

Eyni zamanda bankın rəsmi nümayəndələri təşkil edilən panellərdə aktiv olaraq iştirak edirlər. Ötən gün Kapital Bank-ın təşkilatçılığı ilə “Azərbaycanda Dayanıqlı KOS mühiti” mövzusunda panel müzakirəsi baş tutub. “Deloitte Azərbaycan”-ın  Vergi və Hüquq Praktikasının rəhbəri Nuran Kərimovun moderatorluğu ilə keçirilən müzakirədə Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Paşa Bank-ın Korporativ və İnstitusional Bankçılıq sahəsinin lideri Fərid Quliyev, “BİOROPEAN MMC”-nin direktoru Emin İlyas iştirak edib. Panel zamanı yeni ideyalar, sahibkarların problemləri, çıxış yolları, bu istiqamətdə dövlət və özəl tərəfdaşlığı kimi məqamlar müzakirə edilib. Çıxışında yaşıl iqtisadiyyatı dəstəkləyən ideyaların maliyyələşdirilməsinə toxunan Fərid Hidayətzadə bu mövzudakı perspektivlərdən danışıb. 

Bu gün isə bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov “Dayanıqlı rəqəmsallaşma” mövzusunda keçirilən panelə spiker olaraq qatılıb. O, rəqəmsallaşma mövzusunda Kapiatl Bank-ın təcrübəsini və şəxsi yanaşmasını iştirakçılarla bölüşüb.

“Rəqəmsal transformasiyaya keçid perspektivindən baxdıqda hər bir şirkətin bəlli bir strategiyası və məsələyə individual yanaşması olmalıdır. Burada vacib olan dayanıqlılıq prinsipinin həm biznesin inkişafına xidmət etməsi, həm də təbiətə fayda verməsini təmin etməkdir. Bu istiqamətdə edilən investisiyalar və təşəbbüslər müştərilərlə yanaşı, ətraf mühitə də xidmət etməlidir. Vacib olan bu balansı doğru idarə edə bilməkdir”.  

“Dayanıqlı rəqəmsallaşma” mövzusunda keçirilən daha bir paneldə isə Kapital Bank-ın Ödəniş Sistemləri ofisinin lideri Zakir Xanməmmədov spiker qismində iştirak edib. O, çıxışında verilənlərin analitikası, bankın tətbiq etdiyi rəqəmsal həllər, bu həllərin ekologiyaya qatqısı kimi məqamlara toxunub. 

Bu tarixi konfransın iştirakçısı olmaq istəyən hər kəs iticket.az saytından ödənişsiz olaraq bilet əldə edərək tədbirdə iştirak edə bilər. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlk özəl hava limanı iqtisadiyyata hansı dividentlər qazandıracaq?

"Nvidia"nın nəticələri bazarları alt-üst edəcək

Bill Qeytsin ən çox sərmayə yatırdığı şirkətlər - SİYAHI

Sabah hava necə olacaq?

Windows üçün ChatGPT tətbiqi indi hamı üçün əlçatandır

Durğunluq olsa da, ucuzlaşma gözlənilmir

Artur Rostronun saatı hərracda yüksək məbləğdə satıldı

Artur Rostronun saatı hərracda yüksək məbləğdə satıldı

Dünyanın ən bahalı klublarının siyahısı açıqlanıb

ABŞ-da meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

MOM bu şirkətdən 1,2 milyon tibbi mallar alacaq

İki şirkət gömrük qaydalarını pozduğuna görə cərimələn bilər

"New Yorker" geyim mağazalar şəbəkəsinin təsisçisi vəfat edib (FOTO)

"New Yorker" geyim mağazalar şəbəkəsinin təsisçisi vəfat edib (FOTO)

Hökumət müdaxilə etdi, Çin iqtisadiyyatı dirçəlməyə başladı

Tramp administrasiyasının rəsmiləri Aİ-nı ABŞ-ın tarifləri artırmasına hazırlaşmağa çağırdı

Qubadlıda üzümçülük təsərrüfatı ilə bağlı 840 minlik layihə

“Falcom” şirkəti 25000 manat cərimələnə bilər

Əhalinin xərcləri artıb - Adambaşına ayda 465 manat xərcləyirik

Əhalinin xərcləri artıb - Adambaşına ayda 465 manat xərcləyirik

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

ABŞ-dan çip nəhənginə 6,6 milyard dollar maliyyə dəstəyi

ABŞ-dan çip nəhənginə 6,6 milyard dollar maliyyə dəstəyi

İlon Maskın "OpenAI" maaş tənqidi - 1500 işçiyə 1.5 milyard dollar

Amerikada yeni nazirliyə DOGE adı verildi, suallar doğdu

Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək - SİYAHI

Türkiyə "Amazon"un "Twitch" platformasını böyük məbləğdə cərimələyib

Federal Ticarət Komissiyasından "Microsoft"a qarşı böyük araşdırma

Mikayıl Cabbarov "Cisco"nun baş vitse-prezidenti Meri de Vısotski ilə görüşdü

DGK “Alco” şirkətini inzibati məsuliyyətə cəlb edib

Gürcü fermerləri İran kivilərinin rekord idxalına görə narahatdır

Azərbaycanda bərpa olunan enerji stansiyaları üçün 2.8 mlrd. dollar investisiya planlaşdırılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin