Bank
01.11.2024 / 16:59
ABB-nin tətbiqi üzərindən bəzi ödəmələr dayanıb
58749
ABB-nin tətbiq üzərində bəzi ödəmələrində problem yaranıb.
Ötən gündən etibarən “Azərbaycan Beynəlxalq Bankı”nın mobil tətbiq üzərində bəzi ödəmələrində problem yaranıb.
Bank müştəriləri Valyuta.az-a bildiriblər ki, ipoteka krediti üzrə ödəmələr və mobil operatorlar üzrə ödəmələrdə problem yaranıb. Tətbiq üzərində hətta mövcud şablonlardan da istifadə etmək mümkün deyil.
Bankın müştəri xidmətlərindən isə bildirilib ki, ötən gündən etibarən tətbiqdə texniki problem yaranıb. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür. Bununla belə bankdan tətbiqin nə vaxtdan tam vəziyyətdə fəaliyyət göstərəcəyi bildirilməyib.
Mövzu ilə bağlı ABB-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq, amma cavab ala bilmədik.
Pünhan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay