“PAŞA Bank”ın problemli biznes kreditləri 31 mln. manatdan çox artıb
2024-cü ilin III rübündə “PAŞA Bank”ın problemli kreditləri artmaqda davam edib.
Valyuta.az-ın hesablamasına görə, bankın problemli kreditləri ötən ilin eyni dövrünə nisbətən III rübdə 12% və ya 10,5 milyon manat artaraq 95,87 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 85,4 milyon manata bərabər olub.
Buna baxmayaraq bankın problemli kreditlərinin ümumi portfeldə çəkisi dəyişməyərək 3% təşkil edib.
“PAŞA Bank”ın problemli kreditlərində ən böyük artım biznes kreditləri üzrə müşahidə edilir. Bankın problemli biznes kreditləri 31,1 milyon manat artaraq 59,1 milyon manatdan 90,2 milyon manata kimi yüksəlib.
Bankın problemli istehlak kreditləri isə əksinə, 13,2 mln. manat azalaraq 1,69 milyon manata enib. Həmçinin, bankın problemli daşınmaz əmlak kreditləri 11,3 milyon manatdan 3,97 milyon manata düşüb.
Ümumilikdə, bankın vaxtı ötmüş kreditləri (bir aydan artıq gecikdirilən) 151,5 milyon manata çatıb ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 58% çoxdur.
Qeyd edək ki, banklarda 90 gündən artıq gecikdirilmə olan kreditlər problemli kreditlər hesab edilir.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay