BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
58654

Ölkənin birinci bankı Kapital Bank korporativ sosial məsuliyyət sahəsində daha bir addım ataraq həssas qrupdan olan qızların təhsilinə dəstək göstərmək məqsədilə yeni təqaüd proqramına start verib. Proqram ötən gün Kapital Bank və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanan memorandum çərçivəsində həyata keçiriləcək. 

Qızların təhsil imkanlarının artırılması, onların cəmiyyətdə sosial aktivliyinin gücləndirilməsi və gələcək inkişaflarına dəstək məqsədi daşıyan memorandumu Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb.

Tədbirdə çıxış edən Fərid Hüseynov Kapital Bank-ın təhsilə dəstək verərməklə bazarda ixtisaslı və peşəkar kadrların yetişdirilməsinə töhfə verdiyini vurğulayıb. O qeyd edib ki, bu kadrlar arasında qızların olması olduqca qürurvericidir: “Qızların təhsilinə dəstək ölkəmiz və region üçün vacib bir mövzudur. Biz bilirik ki, bəzi regionlarda qızların təhsilinə mane olan sosial və iqtisadi baryerlər var. Kapital Bank olaraq bu çətinliklərin öhdəsindən gəlməkdə və qızlarımızın daha güclü, müstəqil fərdlər kimi formalaşmasında həyata keçirdiyiniz layihələrdə sizin yanınızda olmaqdan məmnunuq”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da çıxışında bu əməkdaşlığın cəmiyyətin inkişafı üçün önəmini vurğulayıb: “Dövlət və özəl sektorun tərəfdaşlığı, xüsusilə qızların təhsilində bərabər imkanların yaradılmasına böyük töhfə verir.

2021-ci ildən başlayaraq qızların təhsilinə dəstək məqsədilə Komitənin həyata keçirdiyi layihələr ictimaiyyət arasında xüsusi maraq doğurur və geniş vüsət alır. İnanıram ki, bu layihə də onların gələcək uğurlarına vəsilə olacaq”.

Qeyd edək ki, “Arzumuz var” sloqanı ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində ilk mərhələdə paytaxt Bakı və bölgələrdən olan 15 nəfər abituriyentə dəstək göstəriləcək. 

Kapital Bank və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında qurulan bu tərəfdaşlıq, həssas qrupdan olan abituriyent qızların təhsilinə investisiya qoyaraq, onların güclü, müstəqil və ölkənin gələcək inkişafında aparıcı rol oynayan fərdlərə çevrilməsinə imkan yaradacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin