Bank
31.10.2024 / 13:02
Valyuta hərraclarında satış 6.1 mlrd. dolları ötüb
58628
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 80 valyuta hərracında 6 milyard 116.77 ABŞ dolları satılıb.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-oktyabr ayları ərzində keçirilən valyuta hərraclarında 2 milyard 847,73 milyon ABŞ dolları satılmışdı.
Cari ilin oktyabr ayında keçirilən valyuta hərraclarında isə satışın həcmi 738,7 milyon dollar təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay