“Accessbank”ın problemli kreditləri kəskin artıb
2024-cü ilin III rübündə “Accessbank”ın problemli kreditləri artmaqda davam edib.
Valyuta.az-ın hesablamasına görə, bankın problemli kreditləri ötən ilin eyni dövrünə nisbətən III rübdə 24% və ya 10,65 milyon manat artaraq 55,39 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 44,74 milyon manata bərabər olub.
Nəticədə bankın problemli kreditlərinin ümumi portfeldə çəkisi 4,5%-dən 4,9%-ə kimi yüksəlib.
“Accessbank”ın problemli kreditlərində ən böyük artım istehlak kreditləri üzrə müşahidə edilir. Bankın problemli istehlak kreditləri 6,6 milyon manat artaraq 5,96 milyon manatdan 12,56 milyon manata çatıb.
Bankın problemli biznes kreditləri isə 11% və ya 4,07 milyon manat artaraq 42,8 milyon manata bərabər olub.
Bu dövrdə bankın problemli kreditlərinin yalnız 31,3 min manatı danışmaz kreditlərinə aid olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 40% azdır.
Ümumilikdə, bankın vaxtı ötmüş kreditləri 62,7 milyon manata çatıb ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 16,2% çoxdur.
Qeyd edək ki, banklarda 90 gündən artıq gecikdirilmə olan kreditlər problemli kreditlər hesab edilir.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay