Bakıda verilən kreditlər 3,5 milyard manat çoxalıb - Faiz dərəcələri artıb
Bu ilin yanvar-sentyabr aylarında regionlar üzrə kredit qoyuluşu 26 milyard 705 milyon 972 min manat olub. Verilən kreditlərin orta faiz dərəcəsi 13 % təşkil edib.
Valyuta.az-ın Mərkəzi Bankın açıqladığı məlumatlara əsasən apardığı hesablamalara görə, bu dövrdə Bakıda verilən kreditlərin həcmi 20 milyard 508 milyon 705 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 548 milyon 764 min manat və ya 20,9 % çoxdur.
2023-cü ilin 9 ayında Bakıda verilən kreditlərin həcmi 16 milyard 959 milyon 941 min manat olub.
Bu dövrdə Bakıda verilən kreditlərin orta faiz dərəcəsi 11,65 % təşkil edib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 0,63 % çoxdur.
Ötən ilin yanvar-sentyabr aylarında Bakıda verilən kreditlərin orta faiz dərəcəsi 11,02 % olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay