Bank
24.10.2024 / 10:04
Bank sektorunun xalis mənfəəti açıqlandı
58102
Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 829,6 milyon manat xalis mənfəət əldə edib.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.
9 ay ərzində bankların əməliyyat gəlirləri 4 milyard 105,5 milyon manat (1 il əvvələ nisbətən 15 % çox), əməliyyat xərcləri 2 milyard 800,4 milyon manat (21,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 289,5 milyon manat (31,2 % çox), gözlənilməz gəlirləri 4,6 milyon manat (5,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 190,6 milyon manat (11,2 % az) təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay