Mərkəzi Bank "Cüzdan"a lisenziya verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Cüzdan" MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.
Bu barədə Valyuta.az AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.
AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions”, "Paysis”, "PulPal", "K Group" və “Greentek Group” MMC-lərə, "GoldenPay" ASC-yə, “Mpay” və “Payriff” QSC-lərə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations”, “Drakaris”, “Multi Solutions”, “M.A.X Sistemləri Plyus”, “Cibpay”, “Fizza Pay” və “Kabox” MMC-lərə ödəniş təşkilatı, “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 22-yə çatıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay