BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.843
  • RUB
    0.0175
  • TRY
    0.0497
  • GBP
    2.2138
57859

Ölkənin birinci bankı Kapital Bank 21-24 oktyabr 2024-cü il tarixlərində Çinin paytaxtı Pekində keçirilən “SIBOS 2024” beynəlxalq sərgisində ölkəmizi təmsil edir. Maliyyə dünyasının gələcəyini müzakirə etmək və yeniliklərə birgə addım atmaq məqsədilə dünyanın hər yerindən 10 000-ə yaxın iştirakçını, 125-dən çox beynəlxalq eksponenti bir araya gətirən sərgidə Kapital Bank öz stendi ilə iştirak edir.  

Tədbirin ilk günü bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin, İtaliya, Böyük Britaniya, İsveçrə, BƏƏ və İspaniya kimi ölkələrin aparıcı bank və maliyyə institutları ilə səmərəli görüşlər keçirib. Bu görüşlərdə maliyyə texnologiyaları, rəqəmsallaşma, maliyyə infrastrukturunun təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub. Növbəti günlərdə də bu görüşlərin davam etdirilməsi planlaşdırılır.

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov öz sosial şəbəkə hesablarında tədbir haqqında fikirlərini bölüşərək bildirib: “Sibos kimi mötəbər beynəlxalq tədbirdə iştirakımız qlobal maliyyə icması ilə əlaqələrin möhkəmləndirilməsi, yeni tərəfdaşlıqların qurulması, eləcə də bankımızın əldə etdiyi nailiyyətləri, rəqəmsal transformasiya istiqamətindəki strateji planlarını və maliyyə sektoruna təqdim etdiyi yenilikləri beynəlxalq arenada nümayiş etdirmək baxımından əhəmiyyətli addımdır.”  

Qeyd edək ki, 1978-ci ildən hər il ənənəvi olaraq keçirilən beynəlxalq sərgi bu il 24 oktyabr 2024-cü il tarixinədək dünyanın maliyyə liderlərini bir araya gətirməyə davam edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ECB: "Bitcoin" cəmiyyətin yoxsullaşmasına və parçalanmasına səbəb olur"

Tarixi hadisə: "Xiaomi" ilk 3 nanometrlik prosessorun hazırlanmasını tamamladı

"RT Marbles" cərimələnib

Rusiya MB-nin əsas faiz dərəcəsi tarixi maksimumu təkrarlamaq üzrədir

Regional Hospital məcburi auditdən yayınıb?

Bu şəxslərə maaşdan əlavə pul veriləcək - RƏSMİ

Bu şəxslərə maaşdan əlavə pul veriləcək - RƏSMİ

8 ayda 900 mindən çox smartfon idxal edildi

"Apple" dünyanın ən yaxşı neyron şəbəkəsini yaratmağa qərar verdi

AMB daşınmaz əmlakın icbari sığortasının təkmilləşdirilməsi üzrə təkliflər hazırlayıb

Mixael Şumaxerin 5 yarış qalibi olduğu maşını hərraca çıxarılır

Mixael Şumaxerin 5 yarış qalibi olduğu maşını hərraca çıxarılır

"Qırmızı körpü" gömrük postunda gözləyən avtomobillərin sayı açıqlandı

Bu il 1 139 ailə satmaq öhdəliyi ilə mənzil kirayəyə götürüb

Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

Buğda idxalı azalmaqda davam edir: un neçəyədir? - QİYMƏTLƏR

Bu il pambıq ixracından gəlirimiz kəskin artıb - RƏQƏMLƏR

Şahdağ Turizm Mərkəzi biri 64 min manata 6 ədəd avtomobil alır - TENDER

Bəzi bölgələrə yağış və qar yağır - FAKTİKİ HAVA

Bələdiyyə vergisinin nağd ödənişi dayandırılır

Prezident baş konsulu geri çağırdı (SƏRƏNCAM)

"Microsoft"-dan növbəti həmlə: "Copilot"un avtonom agentləri təqdim olunacaq

"Microsoft"-dan növbəti həmlə: "Copilot"un avtonom agentləri təqdim olunacaq

ABŞ seçkiləri yaxınlaşdıqca “Bitcoin” 70 min dollara çatır - Nələr gözlənilir?

Bakıda avtobus dayanacaqlarında mobil platformalar quraşdırılacaq

Fermerlər öz məhsullarını sığortalamağa niyə maraqlı deyillər? - AÇIQLAMA

Neft Fondu vəsaitlərini hansı valyutalarda saxlayır? - Siyahı

Qaz olmayan ərazilərdə bina tikməyə icazə varmı?

Qaz olmayan ərazilərdə bina tikməyə icazə varmı?

AMEA-da külli miqdarda mənimsəmə və digər pozuntularla bağlı cinayət işi başlanıb

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq

Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində ®

Azərbaycan kərə yağını hansı ölkəyə və neçəyə satır? - Cədvəl

Azərbaycan kərə yağını hansı ölkəyə və neçəyə satır? - Cədvəl

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin